|
• DünyadaAyətullah Şeyx Yusif Sanei vəfat edib
Qum Ali Dini Elmi Hövzəsinin ustadı Ayətullah Üzma Şeyx Yusif Sanei 83 yaşında vəfat edib - İki gün əvvəl xəstəxanaya yerləşdirilən mərcəi təqlid Ayətullah Yusuf Sanei bu gün dünyasını dəyişib. Ayətullah Üzma Yusif Saneinin dəftəxanası elan edib ki, özünün vəsiyyətinə əsasan, insanların sağlamlığını qorumaq və koronavirus pandemiyasının qarşsını alınması səbəbi ilə heç bir kütləvi cənazə mərasimi keçirilməyəcək.
Ayətullah Yusif Sanei Molla Məhəmmədəli oğlu hicri-şəmsi ilə 1316-cı ildə (miladi 1937) İsfahada ruhani ailəsində dünyaya gəlib. Babası Molla Yusif məşhur arif Cahangirxan Qəşqayi və Mirza Həbibullah Rəştinin tələbəsi olub. Ayətullah Sanei anası Şəhrəbanunu 10 yaşında ikən itirib. Anasız və kasıb böyüyən Ayətullah 27 yaşında ailə həyatı qurur. Ailə həyatı da yoxsulluq və fəqirliklə davam edir. Xanımı qədim ev əşyaları düzəldir və mətbəxdə işlənən bəzi şeyləri toxuyurdu. Təzə ailə bu tərzlə dolanışıqlarını təmin edir və evin kirayəsini verirdi. Şeyx Yusif Sanei ilk ruhani təhsilini İsfahan hövzəsində alıb və Qumda ali dini təhsilini davam etdirib. O, 38 yaşında Qum Ali Dini Elmi Hövzəsində "xaric" dərslərini (doktorantura təhsilindən yuxarı bir mərhələdə mətndən kənar elmi mühazirə) deməyə başlayıb. Qum Elmi Hövzəsinin İmam Musa Sədr, Cəfər Sübhani və Məhəmmədtəqi Studə kimi məşhur alimləri Ayətullah Saeneinin şagirdi olublar. Ayətullah Sanei Qum Elmi Hövzəsinin Ayətullahlar Məhəmməd Mühəqqiq Damad, Məhəmməd Əli Əraki, Abbasəli Şahrudi və İmam Xomeyni kimi böyük ustadlarının şagirdi olub. Ayətullah Sanei İran İslam İnqilabından sonra İmam Xomeyninin fərmanı ilə "Şuraye Nigəhban"nın fəqih üzvlərindən biri oldu. 1982-1985-ci illərində İranın baş prokuroru vəzifəsində çalışıb. Ali Rəhbərin Seçilməsi Məclisinin üzvü olub. O, Qum Ali Dini Elmi Hövzəsinin ustadı və hövzənin ustadları cəmiyyətinin üzvü və müəyyən bir dövrdə də Qumun Cümə namazı xətibi olub. Mənbə: İQNA Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Sentyabr, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |