|
• DünyadaLavrov: Suriyadakı bütün terrorçular məhv ediləcək - FotoRusiya xarici işlər naziri Sergey Lavrov Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya ərazisindəki bütün terror yuvaları tam məhv ediləcək. Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd Rusiya baş nazir müavini Yuri Borisovun başçılıq etdiyi böyük nümayəndə heyətini qəbul edib. Prezident Bəşər Əsəd nümayəndə heyəri tərkibində Suriyaya rəsmi səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi rus diplomatları ilə də görüş keçirib. Lavrovun Borisov və Suriya XİN başçısı Muallem ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Suriya prezidenti ilə görüş əsnasında tərəflər nisbi sakitliyin "qüvvədə" olduğunu qeyd ediblər. Rusiya xarici işlər nazirinin sözlərinə görə, İdliblə bağlı Rusiya-Türkiyə razılaşmaları “mərhələli şəkildə və qətiliklə” həyata keçirilir və öz bəhrəsini verir.Müqavilələr imzalanandan bəri İdlib deeskalasiya zonasında Dəməşqin nəzarətində olan ərazilər xeyli artıb. Eyni zamanda, Lavrov Türkiyənin İdlibdəki terrorçuları və müxalifləri ayırmaq işini başa çatdıracağına və Suriya ərazilərində qalan terror yuvalarının tamamilə məhv ediləcəyinə inandığını bildirib. Bununla bərabər sabitləşmənin "hər kəsin xoşuna gəlmədiyini" və bir sıra xarici qüvvələrin separatçı meylləri alovlandırmağa və ölkənin iqtisadi boğulmasına yönəlmiş birtərəfli qanunsuz tədbirlərdən istifadə etməyə çalışdıqlarını qeyd etdi. Baş nazirin müavini, Rusiyanın hərbi-siyasi sahədə qazandığı uğurları Suriya iqtisadiyyatına yönəltməyə vəd edib. Tərəflər Borisovun dekabr ayında Suriyaya növbəti səfəri zamanı imzalana biləcək ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq müqavilələri hazırlanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Sentyabr, 2020 10:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |