|
• DünyadaİƏT “Cahrlie Hebdo” nəşrində Həzrəti Məhəmmədin karikaturasının təkrar dərci ilə bağlı bəyanat yayıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (IPHRC) Fransanın “Cahrlie Hebdo” qəzetinin İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) karikaturasını təkrar dərc etməsi ilə bağlı bəyanat yayıb. Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, qəzetin bu təxribatını pisləyən bəyanatda fransız nəşrinin dinlər arasında kin və nifrəti artırdığı qeyd olunur. Eyni zamanda, bu cür hərəkətlərin beynəlxalq hüququn normalarına zidd olduğu da bildirilir. “The New York Times” 2015-ci ildə ABŞ-ın Texas ştatındakı Qarland şəhərində törədilmiş analoji əməli haqlı olaraq tənqid etmiş, onun ifadə azadlığı ilə heç bir əlaqəsi olmadığını və nifrət yaydığını vurğulamışdı”, - deyə sənəddə diqqətə çatdırılır. IPHRC təəssüflə qeyd edib ki, qəzetin karikaturanı təkrar dərc etməsi dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla müsəlmanın hisslərinin təhqir olunması deməkdir. Əlavə edilib ki, bu cür əməllərə göz yuman dövlət rəsmiləri tərəfindən də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirilir. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində və digər sənədlərdə bu cür əməllərin qanunazidd olduğu təsbit edilib. Eyni zamanda, dövlətlərin öz qanunları çərçivəsində cəmiyyətdə dini zəmində ayrı-seçkiliyə, düşmənçiliyə və nifrətə səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasının vacibliyi də vurğulanıb”, - deyə bəyanatda qeyd olunur. Sənəddə, həmçinin xatırladılıb ki, 2015-ci ildə “Charlie Hebdo” qəzetinin əməkdaşlarına qarşı törədilmiş terror aktını bütün İslam dünyası pisləyib, bir müsəlman polis isə həmin insident zamanı həlak olub. Beynəlxalq ictimaiyyət də bəyan edib ki, terror aktının İslam dini ilə heç bir əlaqəsi yoxdur. İƏT-in komissiyası bəşəriyyətin ağır pandemiya dövründə birliyə, həmrəyliyə, tolerantlığa, dini və mədəni müxtəlifliyə hörmətə ehtiyacı olduğunu xatırladıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2020 18:50 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |