إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Cinayətkar Ali Səud süqut edəcək

Nəcəfin xətibi Hüccətül-İslam Seyyid Sədrəddin Qəbançi bu gün Cümə xütbəsində Ali Səud rejiminin süqut edəcəyinin labüd olduğunu bildirib.

Seyyid Qəbançı Cümə xütbəsində Pakistanda şiələrin qətliamına işarə edərək deyib ki, cinayətkar vahhabilər Pakistanı şiələrdən təmizləmək üçün fəaliyyətdədirlər ki, xaricilərin də bu cinayətdə əllərinin olması açıq-aşkardır. KİV onların əllərində olduğu üçün məzlum şiələrin səslərini heç kim eşitmir. Və bu terrorçulara rahat onları qətl etməyə zəmin yaradır. Həmçinin beynəlxalq insan hüquq təşkilatları, BMT bu cinayətlər barədə bir kəlmə belə danışmır. Pakistanlıların təhlükəsizliyinin təminatçısı olan Pakistan höküməti isə bu cinayətkarlar qarşısında zəiflik göstərməkdədir.

Biz Pakistan xalqının yanındayıq və qətl edilənlərin yaxınlarına təsliyyət ərz edirik deyən xətib şiələrdən səslərini bütün dünyaya çatdırmaq üçün səy göstərmələrini və mübarizə aparmalarını istəyib. O eyni zamanda Pakistanda məzhəb qaşıdurmasının əleyhinə olduğunu qeyd edib. Amma bildirib ki, şiələrin özlərini müdafiə hüququnu heç kim əllərindən ala bilməz. Bu cinayətlərin məzhəb qarşıdurmasına çevrilməməsinə görə isə məsələyə Pakistan höküməti müdaxilə etməli və öz vətəndaşlarını qorumalıdır.

Pakistandan əlavə digər ölkələrdə də şiələrin vahhabilər tərəfindən zülmə məruz qaldığını bildirən İmam Cümə vahhabilərin şiələri əzmək üçün öz ordusunu Bəhreynə göndərdiyini deyib. Səudiyyə Ərəbistanında hakimiyyətdə olan sərvətli amma geridə qalmış bir dəstənin hakimiyyətdə ərəb baharının Səudiyyəyə sirayət etməsinin qarşısını aldığını deyən Seyyid Qəbançı bildirib ki, onların səylərinə baxmayaraq o cinayətkarlar öz cəzalarını alacaq və mütləq süqut edəcəklər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Aprel, 2012  05:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!