إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yeni Zelandiyada iki məsciddə qətliam törətmiş terrorçuya hökm oxunub

2019-cu ilin martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison ömürlük həbs cəzasına məhkum edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews BBC-ə istinadla xəbər verir ki, ötən gün Yeni Zenlandiyada son illərin ən dəhşətli cinayəti olan iki məscidə hücumla bağlı hökm oxunub.

Yeni Zelandiya Məhkəməsi avstraliyalı Brenton Harrisona vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbsə məhkum edib.

“Sizin cinayətiniz o qədər bağışlanmazdır ki, ölənə qədər həbsdə qalsanız da, bu, tələb olunan cəzanı ödəyə bilməz. Siz mərhəmət etmədiniz, siz yalnızca qatil deyilsiniz, həm də terrorçusunuz. Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etməyi hədəflədiniz”, - məhkəmənin hakimi Kemeron Mander hökmü oxuyarkən belə deyib.

Qeyd edək ki, iki məsciddə həyata keçirilmiş bu terror hücumunda 51 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2020  11:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!