|
Ceyhun Bayramov: “Danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır”“Azərbaycan danışıqlar prosesində konstruktiv mövqeyini ərazilərimizin 20 faizinin işğalının davam etməsinə baxmayaraq, real fəaliyyəti ilə təsdiqləyib. Azərbaycan 30 ilə yaxındır ki, danışıqlar masasındadır”. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan münaqişənin siyasi yolla həllinin tərəfdarıdır: “Bununla yanaşı, biz hesab edirik ki, münaqişəni nizamlamaq üçün olduqca ciddi hüquqi baza mövcuddur və hesab edirik ki, danışıqlar prosesi beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə əsasən aparılmalıdır. Bunlar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və son illərdə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan digər sənədlərdir. Bu nöqteyi-nəzərdən biz danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Lakin hesab edirik ki, danışıqlar prosesi konkret məsələlər ətrafında aparılmalıdır, substantiv olmalıdır və danışıqlar prosesinin imitasiyası olmamalıdır. Hesab edirik ki, danışıqlar prosesinə zərbə vuran bəyanatlar, fəaliyyətlər beynəlxalq ictimaiyyət tərəfindən, ilk növbədə həmsədr ölkələr tərəfindən qınanmalıdır”. Görüş zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, həmsədrlər növbəti ay regiona - Bakı və İrəvana səfər etməyi planlaşdırırlar. S. Lavrov bundan başqa, həmsədrlərin köməyi ilə hansısa mərhələdə Xarici İşlər nazirlərinin kontaktını təşkil etməyin planlaşdırıldığını bildirib. “Lakin bu planların baş tutması üçün situasiyanın normalılaşdırması baxımından artıq Dağlıq Qarabağ və ətraf ərazilərdə deyil, Ermənistan-Azərbaycan sərhədində hansısa insidentləri dayandırmaq vacibdir. Biz ümid edirik ki, iyulda baş verənlər bir daha təkrarlanmayacaq və digər maraqlı ölkələrlə, Azərbaycan və Ermənistandan olan dostlarımızla buna hər cür yardım göstərəcəyik”, - deyə rusiyalı nazir vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2020 10:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |