|
• Mənəviyyat • MəhərrəmMəhərrəm ayının 4-də Kərbəlada baş verən hadisələrHicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının dördünə təsadüf edir. Məhərrəm ayının dördündə Yezid ordusunun İmam Hüseynə qarşı "səfərbərliyi" baş tutdu. Məhz bu gündə Yezidin Kufədəki nümayəndəsi Ubeydullah ibni Ziyad kufəliləri toplayıb onların qarşısında çıxış etdi. O hədə-qorxu ilə bir sıra kufəliləri İmam Hüseynə qarşı döyüşə getməyə vadar etdi və bunun müqabilində onlara müjədələr verdi: "Ey camaat! Siz Süfyan ailəsini imtahan etdiniz və onları istədiyiniz kimi gördünüz. Yezidin də gözəl ənənəsi və davranış tərzini tanıyırsınız! əlinin altında olanlara ehsan və yaxşılıq edər! Onun bəxşişləri yerində və münasibdir! Atası da, bu cür idi! İndi Yezid göstəriş verib ki, sizin bəxşişlərinizi çoxaldam və mənə bir miqdar pul göndərib ki, sizin aranızda bölüşdürməli, sizi onun düşməni olan Hüseyn (ə) ilə döyüşə göndərməliyəm! Bu sözü canu-dildən eşidin və itaət edin. Sonra minbərdən aşağı gəlib Şam əhalisi üçün də, bəxşişlər hazırladı və göstəriş verdi bütün şəhərə car çəksinlər ki, camaat hərəkət etməyə hazırlaşsın". Tarixi faktlara görə təkcə bu gündə İbni-Ziyad 13 min nəfərlik ordu topladı. Onların bəziləri kufəli idi. Həsən ibni Numeyr 4 min, Şimr ibni Zil-Couşən 4 min, Məzayir ibni Rəhina Mazəni 3 min, Yəzid ibni Rikabi Kəlbi iki min nəfərlə Ömər bin Sədin öncədən Kərbəlaya apardığı orduya qoşuldular. Məhz bu günlərdə İmam yenidən Kufə (İraq) camaatına məktub ünvanlayaraq, 18 min iraqlının onu bu bölgəyə dəvət etmələrilə bağlı sabiq məktublarını xatırladır. Bu gündə Yezid ibni Müaviyənin İraq valisi Ubeydullah ibni Ziyadın hərbi koamndirlərindən biri Hürr ibn Riyahi İmam Hüseynin otraq etdiyi əraziyə gedir və imamla görüşürək onun qarşısında tələblərini qoymağa çalışır. Lakin sonradan tövbə edir və İmam Hüseynin cərgəsinə qoşulur. Bu təcavüzkar qüvvələr məhz Məhərrəmin 4-də birləşərək İmam Hüseynin karvanının qarşısını kəsmək üçün yola düşdülər. (Bəharul- Ənvar, cild- 44 , səh - 386) Bu gün haqda buyurulan müstəhəb əməllərin başında İmama və digər Kərbəla şəhidlərinə əzadarlıq saxlamaq durur. Bundan əlavə oruc tutmaq günün əsas müstəhəb əməllərindəndir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2023 11:20 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |