|
• Dünyadaİranda qapalı məkanlarda əzadarlıq mərasimləri qadağan edildiİran İslam Respublikasının Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari bildirib ki, qapalı məkanlarda əzadarlıq məclisləri keçirilməsi qəti qadağandır, buna əməl etməyənlər cərimə ediləcəklər. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat katibi ötən gün (19 Avqust 2020) videokonfrans vasitəsi ilə keçirilən mətbuat toplantısında IQNA-nın sualına cavab olaraq deyib: "Böhran zamanı dövlət rəsmiləri və səhiyyə nazirliyinin məsulları arasında baş verən fikir ayrılıqları bəzən kimlərinsə müxtəlif təzadlı bəyanatlar verməsinə səbəb olur və biz bu nöqsanı və səhvi qəbul edirik. Amma əhəmiyyətli olanı budur ki, bu işlər insanlara psixoloji zərər vurmasın. Biz bu işdə kütləvi informasiya vasitələrindən də bizə kömək etmələrini istəyirik. Bütün hallarda son qərar Koronavirusla Milli Mübarizə Qərargahınındır. Və qərargahın da ən son göstərişlərinə əsasən qapalı mühitlərdə əzadarlıq keçirilməsi qəti qadağandır. Açıq fəzada da sanitariya protokollarına riayət etməklə keçirilə bilər. Qərargahın göstərişlərinə əməl etməyən əzadarlıq heyətləri (hüseyniyyələr) yazılı xəbərdarlıqdan sonra cərimə ediləcəklər və sonrakı mərhələdə isə fəaliyyətləri birdəfəlik dayandırılacaq. Məhərrəmlik mərasimi bizim üçün də çox önəmlidir. Xüsusi ilə indiki şəraitdə İmam Hüseynə (ə) təvəssül etməyə daha çox ehtiyacımız var".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Avqust, 2020 10:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |