إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

QMİ : Növbəti il Həcc ziyarətinə getmək istəyənlər ödənişi saxlaya bilərlər

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunmayacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib.

Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib.

Bildirilib ki, növbəti il Həcc ziyarətinə getmək istəyənlər sənədlərini və ödənişi saxlaya, istəməyənlər isə həm ödədikləri vəsaiti, həm də sənədlərini geri götürə bilərlər.

Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna bu il yanvardan başlanılmışdı. Bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar, bu il xaricdən ziyarətçi qəbul edilməyəcək.

Həcc ziyarətində krallıqda yaşayan yerli sakinlər və əcnəbilərdən ibarət cəmi min nəfərlik qrupun iştirak edəcəyini bildirib. Ziyarət Səhiyyə Nazirliyinin ciddi nəzarəti altında keçiriləcək. Belə ki, bütün zəvvarlar COVID-19 testindən keçiriləcək, onlar ayinləri məsafəni qorumaqla icra edəcəklər və 65 yaşdan yuxarı, habelə xroniki xəstəlikləri olanlar ziyarətdən kənarda qalacaq.

Krallığın Səhiyyə naziri Tevfik əl-Rabiyah bildirib ki, dini ayinləri icra edən zəvvarlar daha sonra 14 gün karantin altına alınacaqlar. Səudiyyə Ərəbistanında yaşayan əcnəbi zəvvarların seçilməsi diplomatik missiyalarla birlikdə həyata keçiriləcək.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2020  10:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!