|
• DünyadaİSESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilibİyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ISESCO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyindən APA-ya verilən açıqlanmada bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan konfransın açılış sessiyasında İSESCO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış ediblər. Konfransın gündəliyinə COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və ISESCO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil olub. Virtual konfransda ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verdi, həmçinin Azərbaycanın ISESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd edib.
Sonda konfransın yekun bəyannaməsi qəbul edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2020 10:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |