|
• DünyadaBritaniya tarixində ilk: Hicablı müsəlman qadın hakim seçildi
Böyük Britaniya tarixində ilk dəfə olaraq hicablı müsəlman qadın hakim kimi fəaliyyət göstərəcək. Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bu barədə “The Independent” xəbər yayıb. 40 yaşlı Raffiyə Ərşad 17 ildən çoxdur ki, hüquq sahəsində təcrübə keçir. O, nümunəsinin digər müsəlman qadınlar üçün çox vacib olduğunu düşünür. R.Ərşadın sözlərinə görə, erkən yaşlarından ona dini mövqeyi səbəbindən peşədə uğur qazana bilməyəcəyini deyiblər. Buna baxmayaraq, o, karyerası boyu hicabdan imtina etməyib. O, təyinatı ilə əlaqədar bir çox insandan dəstək mesajları aldığını deyir. Karyerasında R.Ərşad Britaniya müsəlmanlarının həyatı ilə əlaqəli bir çox sahədə qanun tətbiq edib. Bunlara ailə hüququ, məcburi evlilik, eləcə də İslam hüquqlarına dair digər məsələləri aid etmək olar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2020 12:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |