إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Heç vaxt düşmənlərin hədə-qorxusuna və təzyiqlərinə təslim olmayacağıq

Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi bu gün dərsi-xaricində İrana qarşı tətbiq olunan sanksiyalara toxunub.

İrandakı iqtisadi problemlərin, o cümlədən, inflyasiyanın və bahaçılığın düşmənlərin İrana qarşı sui-qəsdi olduğunu bildirən Ayətullah Məkarim Şirazi bunların hamısının tətbiq olunan sanksiyalardan doğduğunu və bununla düşmənlərin İran millətini diz çökdürmək istədiklərini bildirib.

Bunun sui-qəsd olduğunun bariz sübutu budur ki, biz 5=1 formatında danışıqlara getdiiyimiz halda onlar dünən yeni sanksiya tətbiq ediblər deyən mərcei-təqlid bildirib ki, bununla onlar boğazımızı daha da sıxıb bizimlə söhbətdə özlərini qüdrətli göstərərək millətimizi zəlil etmək əzmindədirlər. Amma biz heç vaxt onlara təslim olmamışıq və olmayacağıq da.

Bütün bu istisadi çətinliklərdən çıxış yolu tapmağın zəruri olduğunu bildirən Quran müfəssiri deyib ki, bütün iqtisadçılar gərək tədbir töksünlər ki, bu çətinliklər sadə camaata toxunmasın. Çünki sadə cammat bundan xeyli əziyyət çəkir. Baxmayaraq rəsmi statistikada inflyasiyanın səviyyəsi başqa cür elan edilir.

Ayətullah Məkarim Şirazi bu sanksiyaların məhz İran millətinə qarşı hesablanaraq tətbiq olunduğunu vurğulayaraq deyib ki, onlar İran dövlətindən deyil, İran xalqından intiqam almaq fikrindədirlər. Çünki İran miləti həmişə onların müqabilində olub və seçkilərdə, Qüds günündə və digər günlərdə bunu yüksək səviyyədə sərgiləyərək yollarından dönməyəcəklərini göstəriblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Aprel, 2012  20:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!