|
Sabah ilk Qədr gecəsidirSabah Azərbaycanda Ramazan ayının ilk Qədr(Əhya) gecəsi qeyd olunacaq.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir. "Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir”. Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır. Bu gecələrin xüsusi və müştərək əməlləri barədə saytımızın Ramazan blokunda ətraflı məlumat təqdim edilib.Bununla yanaşı əlavə olaraq saytda məlumat paylaşılacaq. Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2020 12:57 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır19 Mart, 2025 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua19 Mart, 2025 QƏDR gecələri üçün xüsusi hacət namazı |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |