
Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr(Əhya) gecəsi qeyd olunacaq.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu il ilk Qədr gecəsi mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.
"Bu ilin Qədr gecələri mayın 12-i (Ramazanın 18-ci günü), 14-ü (Ramazanın 20-ci günü) və 16-sı (Ramazanın 22-ci günü) olacaq. Bir də məxsusi bir Qədr gecəsi var ki, bu da Ramazanın 26-cı gününün axşamı olur. Quranda “Qədr” surəsinin 26 kəliməsi var. Ona görə də deyirlər, ola bilsin ki, həmin gecə də Qədr gecəsi olsun. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir”.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.
Bu gecələrin xüsusi və müştərək əməlləri barədə saytımızın Ramazan blokunda ətraflı məlumat təqdim edilib.Bununla yanaşı əlavə olaraq saytda məlumat paylaşılacaq.
Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.