إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pakistanda daha altı şiə qətlə yetirilib

Aprel ayının 9-da axşam saatlarında Pakistanın Küveytə şəhərində şiələrə məxsus bir ayaqqabı dükanının motosikletçilər tərəfindən atəşə tutulması nəticəsində altı nəfər şəhid olub və iki nəfər yaralanıb.

Şahidlərin bildirdiyinə görə, terrorçular səkkiz nəfər olublar və cinayəti törətdikdən sonda dərhal hadisə yerindən qaçıblar.

Ayətullah Xameneinin Pakistandakı nümayəndəsi Əllamə Seyyid Sacid Əli Nəqvi deyib ki, artıq Pakistan şiə qatillərinin vətəninə çevrilib və həmin qatillər azad şəkildə Pakistanda fəaliyyət göstərirlər.

Seyyid Abbas Fəzl Nəqvi isə Pakistan polisini terroristlərin hamisi olduğunu bildirib.

Pəncab vilayətinin müsəlmanların vəhdət məclisinin sədri Əllamə Əbdül-Xaliq Əsədi isə şiələrin qətl edilməsinə münasibət bildirərək deyib ki, onlar şiələri öldürməklə şiə elə bilirlər Hüseyn(ə) məktəbini aradan aparacaqlar. Amma onlar anlamırlar ki, şəhadəttələb şiələr ölümdən qorxmurlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2012  06:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!