إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Öz adamlarından bir nəfər öldürüləndə səsləri aləmi bürüyür

Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi aprel ayının 9-da öz dərsi-xaricində(ali fiqh mühazirəsi) Pakistan şiələrinin qətl edilməsinə münasibət bildirib.

Ayətullah Məkarim Şirazi deyib ki, bir neçə gün bundan öncə mənfur "Səhabə Korpusu" adlı təkfirçilər sərnişinləri şiə olan avtobusu dayandıraraq sərnişinləri endirdikdən sonra onlkarı güllələyiblər. Onlar sərnişinlər arasında uşaq və qadının olmasına berlə məhəl qoymayıblar. Belə hadisələr Pakistanda əvvəllər də baş verib. Bilmək olmur bunu edənlər hansı dinə, hansı məzhəbə qulluq edirlər.

Vahhabi əqidəli həmin şəxslərin İslam dünyası üçün bir bəla olduğunu bildirən mərcei-təqlid onların İslam dininin simasını ləkələdiyini deyərək din alimlərinin onların qarşısını almaq üçün bir çarə fikirləşib tapmalarının zəruri olduğunu qeyd edib.

Ayətullah Məkarim Şirazi Pakistan dövlətinin öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməməsini tənqid edərək deyib ki, dünya ictimaiyyəti də bu cinayətlərin qarşısında ağızlarına su alıb oturmuş kimidirlər. Öz adamlarından bir nəfər öldürüləndə səsləri aləmi bürüyür və bütün mətbuatları ancaq bu barədə yazır. Amma günahsız şiələr avtobusdan endirilərək gülləbaran edilir və hec kəs buna etiraz etmir. Bu nə dünya düzənidir belə?

Şeyx Məkarim Şirazi sonda deyib ki, biz Pakistanda yaşayan istər şiə və istərsə də qeyri-şiələrlə həmdərdik. Həmçinin Pakistan dövləti və dünya ictimaiyyətindən istəyirik ki, bu cinayətlərin qarşısını alsınlar və cinayəti törədənlərin kökünü kəssinlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Aprel, 2012  05:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!