|
|
Məşədi Dadaş məscidi dini icması aztəminatlı xristian ailələrinə bayram əzuqəsi paylayıbKoronavirus pandemiyasının yayılması fonunda yardımsevər vətəndaşlarımızla yanaşı, müxtəlif qurumlar, tanınmış simalar və şirkətlər öz yardım əlini imkansız ailələrə uzadıblar. Paytaxtımızın Məşədi Dadaş məscidi dini icması da artıq üçüncü həftədir ki, geniş xeyriyyə aksiyası keçirir. İmkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə artıq mindən artıq ailə ərzaq yardımı alıb. Ahlibeyt.az-ın məlumatına görə, icmadan AZƏRTAC-a bildiriblər ki, bu dəfə Məşədi Dadaş məscidi əsrlərlə davam edən tolerantlıq ənənələrinə sadiq qalaraq nümunəvi bir addım atıb. Bildiyiniz kimi, aprelin 19-da xristian vətəndaşlarımız Pasxa bayramını qeyd ediblər. Bu münasibətlə məscid icması aztəminatlı xristian ailələrinə bayram əzuqəsi paylayıb. Məscidin imamı hacı Şahin Həsənli deyib: “Yardımlaşmaq, paylaşmaq hər birimizin insani vəzifəsidir .Dinindən, milliyyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu çətin günlərdə ehtiyaclı ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün bir şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Aprel, 2020 18:05 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |