21 Aprel, 2020
Məşədi Dadaş məscidi dini icması aztəminatlı xristian ailələrinə bayram əzuqəsi paylayıb

Koronavirus pandemiyasının yayılması fonunda yardımsevər vətəndaşlarımızla yanaşı, müxtəlif qurumlar, tanınmış simalar və şirkətlər öz yardım əlini imkansız ailələrə uzadıblar. Paytaxtımızın Məşədi Dadaş məscidi dini icması da artıq üçüncü həftədir ki, geniş xeyriyyə aksiyası keçirir. İmkanlı soydaşlarımızın maddi dəstəyi və məscidin gənc könüllülərinin zəhməti ilə artıq mindən artıq ailə ərzaq yardımı alıb.

Ahlibeyt.az-ın məlumatına görə, icmadan AZƏRTAC-a bildiriblər ki, bu dəfə Məşədi Dadaş məscidi əsrlərlə davam edən tolerantlıq ənənələrinə sadiq qalaraq nümunəvi bir addım atıb. Bildiyiniz kimi, aprelin 19-da xristian vətəndaşlarımız Pasxa bayramını qeyd ediblər. Bu münasibətlə məscid icması aztəminatlı xristian ailələrinə bayram əzuqəsi paylayıb.

Məscidin imamı hacı Şahin Həsənli deyib: “Yardımlaşmaq, paylaşmaq hər birimizin insani vəzifəsidir .Dinindən, milliyyətindən asılı olmayaraq bizə müraciət edən hər kəsə yardım etməyə çalışırıq. Bu işdə əlindən gələn köməyi göstərən hər bir soydaşımıza təşəkkür edirəm. Bu çətin günlərdə ehtiyaclı ailələrə yardım etmək, xalqa xidmət etmək bizim üçün bir şərəfdir. Allaha dua edirik ki, çətin günlər tezliklə geridə qalsın”.

1

1

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10085.html