|
• DünyadaUNESCO-nun Baş direktoru Beynəlxalq Novruz Günü ilə əlaqədar ictimaiyyətə müraciət edibUNESCO-nun Baş direktoru Odre Azule 21 mart – Beynəlxalq Novruz Günü münasibətilə ictimaiyyətə müraciət edib. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, müraciətdə dünya birliyinin Beynəlxalq Novruz Günündə yazın və yeni ilin gəlişini bayram edən 300 milyon qadın, kişi və uşağın sevincinə qoşulduğu bildirilir. Müraciətdə vurğulanır ki, bugünkü iqlim dəyişikliyi və biomüxtəlifliyin azalması fonunda Novruzun bəşəriyyət üçün xüsusi mənası var. Əhali sayının azaldığı yerdə və ətraf mühitin vəziyyətinin pisləşdiyi şəraitdə biz planetimizin rahatlığını və gözəlliyini qoruyub saxlamaq üçün səylərimizi birləşdirməliyik. Bu, eyni zamanda, ekoloji təhsil verməklə gənc nəslə planetimizə qayğı prinsiplərini öyrətməkdir. Beynəlxalq Novruz Günündə UNESCO hər kəsi baharın gəlişini, həyatın oyanışını qeyd etməyə və qorumağa çağırır. Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Mart, 2020 12:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |