|
|
Azərbaycanda koronavirusla bağlı əhalini məlumatlandıran sayt istifadəyə verilibSəhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM ) koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədi ilə yeni sayt hazırlayıb. Ahlibeyt.az-ın məlumatına görə İSİM-dən Trend-ə verilən açıqlanmaya əsasən, izləyicilərin ixtiyarına verilən www.koronavirus.az veb saytında təsdiqlənmiş, sübutlu təbabətə əsaslanan materiallar yer alır. Məlum olduğu kimi, hazırda xəbər saytları və sosial şəbəkələrdə hər gün bu xəstəliklə bağlı əsası olmayan müxtəlif materiallar yayımlanır, onların bəziləri isə nəinki yanlışdır, hətta sağlamlıq üçün ciddi təhlükə törədir. Yeni saytın yaradılmasında əsas məqsəd – koronavirus (COVID-19) xəstəliyi barədə ictimaiyyətə təsdiqlənmiş doğru məlumatları, Səhiyyə Nazirliyi tərəfindən görülmüş işlər və profilaktik tədbirlər barədə operativ xəbərləri çatdırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC), BMT-nin Uşaq Fondu (UNICEF) və digər beynəlxalq təşkilatların təlimat və tövsiyələri, materialları saytda geniş oxucu auditoriyasına təqdim edilir. Saytın materialları həmçinin izləyicilərə İSİM-in rəsmi saytında yaradılan Koronavirus haqqında məlumat bölməsində (https://www.isim.az/az//pages/55-Koronavirus) təqdim olunur. İSİM xəstəliklə mübarizə və profilaktika tədbirlərinin daha da gücləndirilməsi məqsədi ilə bütün müəssisə və təşkilatları əməkdaşlığa dəvət edərək, bir daha əhalini təsdiqlənmiş, əsaslı məlumatlara inanmağa çağırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2020 12:17 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |