|
• DünyadaBəşər Əsəd Suriyanın şimalında hərbi əməliyyatların davam edəcəyini bildirib"Şimaldan gələn içiboş mesajlara baxmayaraq, İdlib və Hələbdə hərbi əməliyyatlar davam edəcək." Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib. Ötən gün ölkə mediası vasitəsilə Hələbdə və İdlibdə ordunun radikal qruplaşmalara qarşı apardığı hərbi əməliyyatda əldə etdiyi naəliyyətlərə münasibət bildirən Bəşər Əsəd vurğulayıb ki, burada hərbi əməliyyat davam etdiriləcək. Bəşər Əsəd bu çıxışında Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın deyilən əməliyyatlarla bağlı çağırış və mesajlarını "içiboş" adlandırıb və ölkənin şimalında radikal qruplaşmalara qarşı hərbi əməliyyatların dayanmayacağını deyib. Suriya prezidenti bu çıxışında orduya dəstək verən müttəfiq qüvvələrə də təşəkkür edib. Qeyd edək ki, Suriya Ordusu son 3 həftədə Hələbin cənub-qərbində və İdlibin şərqində apardığı əməliyyatlar çərçivəsində Hələb-Dəməşq yolunu, Suriyanın iqtisadi paytaxtının qərbində 40-a yaxın qəsəbə və kəndi nəzarətə götürüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2020 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |