|
|
MSK sədri: Namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdirMəzahir Pənahov deputatlığa namizədlərə növbəti dəfə xəbərdarlıq edib “Deputatlığa namizədliyi qeydə alınmış şəxslərin hər biri seçkiqabağı təşviqat kampaniyası zamanı özünün görəcəyi işlər barədə məlumat verməlidir”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, namizədlərin bir-birinin heysiyyatına toxunan addımları qəbuledilməzdir: “Seçkiqabağı təşviqat kampaniyası zamanı deputatlığa namizədlər öz qələbəsini başqasının məğlubiyyəti üzərində qurmamalıdır”. M. Pənahov namizədləri ədalətli olmağa çağırıb: “Bir namizədin hansısa formada digər namizədə qarşı kampaniya aparması yolverilməzdir. Bu, qanuna ziddir. Bu cür namizədlərə xəbərdarlıq edilməlidir”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2020 16:54 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |