إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq parlamentinin qərarına zidd olaraq Tramp ABŞ qüvvələrinin İraqdan çıxmayacağını bildirib

İraq parlamenti ABŞ əsgərlərinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, Parlamentin iclasında millət vəkillərinin “ABŞ-a yox”, “Bağdad azad olacaq, ABŞ bayıra” kimi şüarlar səsləndirdiyi bildirilib.

İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

“Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı indiyə qədər görünməmiş sanksiyalar tətbiq edəcəyik, çox mühüm sanksiyalar”, - deyə Tramp belə bildirib.

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.

Almaniya XİN başçısı ABŞ Prezidenti Donald Trampın İraqı sanksiyalarla hədələməsinə münasibət bildirərkən deyib.

"Düşünmürəm ki, İraqı inandırmaq üçün təhdidlər işə yarasın, ancaq bunu arqumentlərlə etmək olar", - deyə Hayko Maas bildirib.

Qeyd edək ki, İraq Təhlükəsizlik Şurası SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin və digər şəxslərin öldürülməsi ilə əlaqədar iclas keçirmişdi. Şuranın iclasdan sonra yaydığı bəyanatda parlamentin fövqəladə iclas keçirəcəyi və ABŞ-ın İraqdakı varlığına son qoymaqla bağlı qərarının müzakirə ediləcəyi bildirilmişdi.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2020  13:18 Çap

Bu bölmədə


© 2020 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com