إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayı təqvimi - Namaz, imsak və iftar zamanı

Bu il ölkə ərazimizin üfüqündə  aprel ayının 13-ü Ay hilalının görünməsi müşahidə ediləcək. Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Aprelin 13-ü məğrib azanından (şam) sonra niyyət gecəsidir.

Mübarək Ramazan ayının ilk gününün orucu miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

Bu ay ərzində imsak, iftar və namazların yerinə yetirilməsi üçün şəri vaxt təqvimini təqdim edirik.

Təqdim olunan təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün  nəzərdə tutulub.

Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq:

Sumqayıt- 1 dəqiqə sonra; Ağdam - 11 dəqiqə sonra;  Astara -2 dəqiqə sonra; Gəncə - 14 dəqiqə sonra; Qazax - 19 dəqiqə sonra; Quba - 6 dəqiqə sonra; Lənkəran - 3 dəqiqə sonra;

Saatlı - 7 dəqiqə sonra; Sabirabad -5 dəqiqə sonra;Şabran - 3 dəqiqə sonra; Şamaxı - 6 dəqiqə sonra; Şəki - 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra;Yevlax -11 dəqiqə sonra,

Naxçıvan - 17 dəqiqə sonra; Göyçay - 8 dəqiqə sonra; Zaqatala - 14 dəqiqə sonra.

Xatırladaq ki,saytın müvafiq namaz vaxtları bölümü cədvəldə qeyd olunan şər'i vaxt ölçüləri ilə eynidir.

1

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2021  15:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!