إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə: Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var

Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 17-də başlayıb. Fitr bayramı(Eyd ul-Fitr) isə miladi təqvimlə iyunun 15-ə təsadüf edir.

Azərbaycanda Ramazan bayramı münasibətilə ölkə ərazisindəki məscid və ziyarətgahlarda bayram namazları qılınıb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, Təzə Pir məscidində qılınan namaza Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ailə üzvləri də qatılıb.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram xütbəsində Azərbaycan xalqının təhlükəsizliyi üçün dua edib, erməni işğalçılara  lənət oxuyub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki; "Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı mövcuddur. Məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur.Bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir: "Buna görə dövlətimizə, dövlətimizin rəhbərlinə minnətdarıq".

QMİ sədri Azərbaycanda sünnilərlə şiələrin 30 ilə yaxındır birlikdə vəhdət namazı qıldığını da bildirib.

"Azərbaycanda şiələrlə sünnilər həmişə mehriban olublar, birlikdə namaz qılıblar. Mənimlə müfti Hacı Salman Musayevin birlikdə namaz qılmağımız da bunun daha bir sübutudur", - deyə o qeyd edib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2018  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!