|
|
MTRŞ sədri: “Özəl telekanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur”"Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunmuş formada təqdim olunur". Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. O, Azərbaycan özəl televiziyalarında ailə dəyərlərinim təhrif olunmuş formada təqdim olunmasından narahat olduğunu bildirib: "Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s. məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir". N.Məhərrəmli özəl televiziya kanallarında baş verən nöqsanların daha çox reytinq xatirinə olduğunu vurğulayıb: "Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl telveiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Noyabr, 2019 11:20 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |