5 Noyabr, 2019
MTRŞ sədri: “Özəl telekanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur”

"Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunmuş formada təqdim olunur".

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə Milli Teleziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

O, Azərbaycan özəl televiziyalarında ailə dəyərlərinim təhrif olunmuş formada təqdim olunmasından narahat olduğunu bildirib: "Elə təəssürat yaratmasın ki, Azərbaycanda televiziya və radio sahəsində hər şey normaldır. Özəl televiziyaların yayım siyasəti tamamilə kommersiya maraqlarına xidmət edir. Dövlət büdcəsindən maliyyələşən televiziyaların fəaliyyətində isə əsas dövlətin daxili və xarici siyasətinin təbliğatı, xalqın dəyərlərinin, Azərbaycanın ədəbi dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və s. məsələlər dayanır. Bunlar özəl kanalların fəaliyyətində özünü ciddi göstərmir".

N.Məhərrəmli özəl televiziya kanallarında baş verən nöqsanların daha çox reytinq xatirinə olduğunu vurğulayıb: "Çox təəəssüflər olsun ki, reytinq xatirinə fəaliyyət çox ciddi səhvlərə gətirib çıxarır. Özəl telveiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9929.html