|
|
Akademik Vasim Məmmədəliyev vəfat edibAzərbaycanın əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, akademik Vasim Məmmədəliyev vəfat edib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə mərhumun yaxınları mətbuata açıqlama verib. Qeyd edək ki, 1942-ci ildə Bakıda həkim ailəsində anadan olan Vasim Məmmədəliyev 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib. 1978 ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilən elm adamı, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib. 20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə azərbaycan dilinə tərcümə edib. Akademik "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Akademik V.Məmmədəliyev uzun illər Azərbaycan televiziyasında(AZtv) "Haqqın dərgahında" verilişinin aparıcısı olub. Allah rəhmət eləsin ! Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Oktyabr, 2019 09:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |