|
“Elmi əsərlər” jurnalı məqalə qəbulunu davam etdirirAMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı 2019-cu ildə növbəti 2-ci və 3-cü nömrələri üçün məqalə qəbulunu davam etdirir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilən jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən ibarətdir. Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər: - Kitabxana-informasiya elmi; - Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.); -Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr. Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı, aşağıdakı rubrikalara da yazılar qəbul edilir: -Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər; -Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar; -Digər ixtisaslar üçün kitabxana xəbərləri; -Sahə üzrə yeni kitablar; -Yerli və beynəlxalq tədbirlər təqvimi. Məqalələrin tərtibinə dair tələblər: - Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri göstərilməldir; - Məqalənin ümumi həcmi 1500-4500 söz olmalı, “Times New Roman” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0”, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır; - Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə göstərilməlidir; - Xülasə və açar sözlər - Azərbaycan, ingilis rus dillərində verilməlidir. İkinci nömrə üçün məqalələr oktyabrın 31-dək, üçüncü nömrə üçün isə dekabrın 12-dək bekirleyla@gmail.com, cecilia.hazai@gmail.com və gulshen.memmedoglu@gmail.com ünvanlarına (hər üçünə) göndərilməlidir. Əlaqə: gulshen.memmedoglu@gmail.com Telefon: (+994 12) 537 19 82
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Sentyabr, 2019 10:44 ⁄ Çap
Bu bölmədə6 İyun, 2025 Qurban bayramınız mübarək31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür |
Xəbər lenti
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |