
AMEA Mərkəzi Elmi Kitabxanasının “Elmi əsərlər” jurnalı 2019-cu ildə növbəti 2-ci və 3-cü nömrələri üçün məqalə qəbulunu davam etdirir.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilən jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən ibarətdir.
Jurnalda dərc olunacaq məqalələrin mövzu əhatəsinə dair tələblər:
- Kitabxana-informasiya elmi;
- Kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, sərbəst ensiklopedik resurslar, Vikipediya, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.);
-Tarix, ədəbiyyat, incəsənət, türkologiya, digər humanitar və dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr.
Jurnalın hər nömrəsində elmi məqalələrlə yanaşı, aşağıdakı rubrikalara da yazılar qəbul edilir:
-Kitabxana-informasiya sahəsində tarixi hadisələri əks etdirən qısa məlumatlar və qeydlər;
-Kitabxana-informasiya sahəsində beynəlxalq standartlar;
-Digər ixtisaslar üçün kitabxana xəbərləri;
-Sahə üzrə yeni kitablar;
-Yerli və beynəlxalq tədbirlər təqvimi.
Məqalələrin tərtibinə dair tələblər:
- Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri göstərilməldir;
- Məqalənin ümumi həcmi 1500-4500 söz olmalı, “Times New Roman” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0”, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır;
- Elmi məqalələrin sonunda elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq aktuallıq əsaslandırılmalı, elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və s. aydın şəkildə göstərilməlidir;
- Xülasə və açar sözlər - Azərbaycan, ingilis rus dillərində verilməlidir.
İkinci nömrə üçün məqalələr oktyabrın 31-dək, üçüncü nömrə üçün isə dekabrın 12-dək bekirleyla@gmail.com, cecilia.hazai@gmail.com və gulshen.memmedoglu@gmail.com ünvanlarına (hər üçünə) göndərilməlidir.
Əlaqə: gulshen.memmedoglu@gmail.com
Telefon: (+994 12) 537 19 82