|
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedibQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 28-də Səudiyyə Ərəbistanına səfərə gedib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir. Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şasrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri İslam Aləmi Liqasının Baş katibi, Kəbənin imamı və Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək. Sentyabrın 4-dək davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin Kəbənin örtüyünün hazırlandığı fabriki və Kəbə saatı muzeyini ziyarət, Krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2019 11:10 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |