29 Avqust, 2019
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 28-də Səudiyyə Ərəbistanına səfərə gedib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, QMİ-nin mətbuat xidmətinin məlumatında bildirilir ki,  səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.

Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şasrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri İslam Aləmi Liqasının Baş katibi, Kəbənin imamı və Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.

Sentyabrın 4-dək davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin Kəbənin örtüyünün hazırlandığı fabriki və Kəbə saatı muzeyini ziyarət, Krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9679.html