|
|
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcəkBu ilin oktyabrında Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının keçirilməsi nəzərdə tutulur. Ahlibeyt.az-ın məlumatına görə,Salamnews KOBİA-a istinadla xəbər verr ki, tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcəkdir. Ümumilikdə 70-yə yaxın ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkəmizdə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, ölkəmizə xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici investorlar arasında ikitərəfli görüşlər təşkil olunacaqdır. İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyasının Bakı şəhərində təşkilinə dair iyulun 23-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlığı GənclərForumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli Protokol imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İƏGF Avrasiya Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və İƏGF-nin baş direktoru Rəsul Ömərov imzalayıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2019 11:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |