|
|
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı bəyannaməsi qəbul edilibUNESCO-nun Mədəni İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Mədəni və Təbii İrsin Qorunmasına dair Bakı Bəyannaməsi qəbul edilib. Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Dünya İrs Komitəsinin üzvlərinin imzaladığı sənəddə bildirilir ki, Dünya İrs Konvensiyası mədəni və təbii irsin qorunması üçün geniş miqyasda qəbul olunan beynəlxalq qanuni sənəddir. Bəyannamədə mədəni və təbii irsin bəşəriyyət üçün əhəmiyyəti vurğulanıb. Dünya İrs Komitəsinin üzvləri Azərbaycan hökumətinə 43-cü sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlıqlarını bildiriblər. Komitə üzvləri bütün tərəfləri Dünya İrs Konvensiyasının həyata keçirilməsini dəstəkləməyə və Dünya İrs Mərkəzini və Məşvərət orqanlarını inklüziv dialoqu və əməkdaşlığı gücləndirməyə çağırıb. Bəyannamədə həmçinin silahlı münaqişələr zamanı mədəni və təbii irsin qorunması üçün UNESCO-nun gördüyü tədbirlər və göstərdiyi səylər yüksək qiymətləndirilib. Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2019 16:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |