1 İyul, 2019
UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakı bəyannaməsi qəbul edilib

UNESCO-nun Mədəni İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Mədəni və Təbii İrsin Qorunmasına dair Bakı Bəyannaməsi qəbul edilib.

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Dünya İrs Komitəsinin üzvlərinin imzaladığı sənəddə bildirilir ki, Dünya İrs Konvensiyası mədəni və təbii irsin qorunması üçün geniş miqyasda qəbul olunan beynəlxalq qanuni sənəddir.

Bəyannamədə mədəni və təbii irsin bəşəriyyət üçün əhəmiyyəti vurğulanıb.

Dünya İrs Komitəsinin üzvləri Azərbaycan hökumətinə 43-cü sessiyaya yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlıqlarını bildiriblər.

Komitə üzvləri bütün tərəfləri Dünya İrs Konvensiyasının həyata keçirilməsini dəstəkləməyə və Dünya İrs Mərkəzini və Məşvərət orqanlarını inklüziv dialoqu və əməkdaşlığı gücləndirməyə çağırıb.

Bəyannamədə həmçinin silahlı münaqişələr zamanı mədəni və təbii irsin qorunması üçün UNESCO-nun gördüyü tədbirlər və göstərdiyi səylər yüksək qiymətləndirilib.

Qeyd edək ki, 43-cü sessiyada xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9610.html