|
|
Ə.Qarayev: “Naxçıvandakı türbələrin dünya mədəni irs siyahısına salınmasına çalışırıq”"Hazırda Şəki Xan sarayının, Şəki şəhərinin qədim hissəsinin və bir neçə başqa abidənin dünya mədəni irs siyahısına salınmasına çalışırıq". Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu UNESCO Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Bakıda keçiriləcək sessiyada bu məsələ müzakirə olunacaq: "Ümidvaram ki, nəticə müsbət olacaq. Bir neçə variant var".
Ə. Qarayev deyib ki, Hirkan Milli Parkının meşəsinin dünya mədəni irs siyahısına salınması məsələsi də var: "Hirkan meşəsi İran tərəfindən də nominasiyaya salınıb. Biz inanırıq ki, Hirkan meşələrini vahid bir məkan kimi təqdim edə biləcəyik. Bu, gələcəyin məsələsidir. Bunlardan başqa, Naxçıvanda yerləşən türbələri dünya mədəni irs siyahısına salmağı nəzərdə tuturuq. Bunlar hazırda normal və hazır vəziyyətdədir. Onların elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Düşünürəm ki, Azərbaycanın kifayət qədər böyük potensialı var. Bizim bir neçə məkan dünya mədəni irs siyahısına namizəd kimi təqdim olunub. Onlar təsdiqlənəndən sonra adlarını açıqlayacağıq".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyun, 2019 10:42 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |