27 İyun, 2019
Ə.Qarayev: “Naxçıvandakı türbələrin dünya mədəni irs siyahısına salınmasına çalışırıq”

"Hazırda Şəki Xan sarayının, Şəki şəhərinin qədim hissəsinin və bir neçə başqa abidənin dünya mədəni irs siyahısına salınmasına çalışırıq".

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu UNESCO Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən  43-cü Sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Bakıda keçiriləcək sessiyada bu məsələ müzakirə olunacaq: "Ümidvaram ki, nəticə müsbət olacaq. Bir neçə variant var".

 

Ə. Qarayev deyib ki, Hirkan Milli Parkının meşəsinin dünya mədəni irs siyahısına salınması məsələsi də var: "Hirkan meşəsi İran tərəfindən də nominasiyaya salınıb. Biz inanırıq ki, Hirkan meşələrini vahid bir məkan kimi təqdim edə biləcəyik. Bu, gələcəyin məsələsidir. Bunlardan başqa, Naxçıvanda yerləşən türbələri dünya mədəni irs siyahısına salmağı nəzərdə tuturuq. Bunlar hazırda normal və hazır vəziyyətdədir. Onların elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Düşünürəm ki, Azərbaycanın kifayət qədər böyük potensialı var. Bizim bir neçə məkan dünya mədəni irs siyahısına namizəd kimi təqdim olunub. Onlar təsdiqlənəndən sonra adlarını açıqlayacağıq".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9605.html