إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan məscidlərində Üçüncü Qədr gecəsi mərasimi keçirilib - Video

Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ehtimal olunan 3-cü "Qədr gecəsi" mərasimi möhtəşəm şəkildə keçirilib.

Azərbaycanda fəaliyyət göstərən məscid və ziayarətgahlarda ötən gün 3-cü "Qədr gecəsi"ni qeyd edən inanaclılar bu gecəni məscidlərə axışaraq səhərə qədər ibadətlə məşğul olub, xütbələr və münacatlar dinləyiblər.

İnanclılar bu gecənin əsas ayini olan ehya ayinini (səhərə qədər oyaq qalmaq) həyata keçirərək, başlarına Quran qoyublar və Allahdan əfv və mərhəmət diləyiblər.

Bakı şəhərinin məscidləri daha çox izdihamın şahidi olub. İnanclıar uzaq məsafələri qət edərək məscidlərə gəliblər.

Ötən gün Bakı məscidlərinə kişilərlə yanaşı qadınların və uşaqların da kütləvi şəkildə qatılması diqqət çəkib.

Qədr gecələri il ərzində müstəsna mənəvi fürsət hesab edilir və məhz buna görə dini baxımdan bu gecələrin əhəmiyyəti təkidlə vurğulanır.

İnteraztv-nin əməkdaşlarının hazırladıqları materialı təqdim edirik.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 May, 2019  16:17 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!