|
|
Müsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıbMüsəlman turistlər üçün ən cəlbedici ölkələrin adları açıqlanıb. “CrescentRating” və “MasterCard”ın birgə tərtib etdiyi illik “Global Muslim Travel Index” (GMTI) reytinqində müsəlman turistlərin daha çox səyahət etdiyi populyar ölkələr sırasında ilk dəfə olaraq İndoneziya birinci yeri tutub. Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, reytinqdə İndoneziya ilə yanaşı, Malayziya da liderlik mövqeyini saxlayıb. Hər iki ölkə reytinqdə 78 bal toplayıb. 2018-ci ilin reytinqində Malayziya birinci, İndoneziya isə ikinci yerdə qərarlaşmışdı. İlk onluğa müsəlman turistlərin səyahət üçün üstünlük verdiyi ölkələr sırasına Türkiyə (75 bal), Səudiyyə Ərəbistanı (72 bal), Birləşmiş Ərəb Əmirlikləri (71 bal), Qətər (68 bal), Mərakeş (67 bal), Bəhreyn (66 bal), Oman (66 bal) və Bruney (65 bal) daxildir. Ekspertlər turistlərin rahatlığı, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyaların səviyyəsi meyarlarını araşdırıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2019 10:49 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |