|
|
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcəkAnkara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək. Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Mədəniyyət Nazirliyi mətbuat xidməti açıqlama verib: “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcəkdir. Tədbirlər 6 mart 2019-cu il tarixində saat 15:00-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, saat 19:30-da Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda və 7 mart 2019-cu il tarixində saat 17:00-da İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcəkdir. Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2019 11:24 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |