5 Mart, 2019
Türkiyədə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək

Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcək.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Mədəniyyət Nazirliyi mətbuat xidməti açıqlama verib:

“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Ankara və İstanbul şəhərlərində Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlərinin iştirakı ilə “Nəsimi ili”nin rəsmi açılış tədbirləri keçiriləcəkdir.

Tədbirlər  6 mart 2019-cu il tarixində saat 15:00-da Ankara şəhərində TÜRKSOY-un iqamətgahında, saat 19:30-da Ankara Cumhurbaşkanlığı Simfonik Orkestrasının konsert salonunda və 7 mart 2019-cu il tarixində saat 17:00-da İstanbul şəhərində, Bəyazid, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçiriləcəkdir.

Tədbirlər Azərbaycan Mədəniyyət Nazirliyi, TÜRKSOY beynəlxalq təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşacaq.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9361.html