|
QMİ sədri Allahşükür Paşazadə sabah Rusiyaya gedirYanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşür. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə QMİ Mətbuat Xidmətinin məlumatında bildirilib. Məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kiril həzrətlərinin şəxsi dəvəti əsasında baş tutur. Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək təntənəli tədbirlərdə görüşləri nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2019 13:20 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |