28 Yanvar, 2019
QMİ sədri Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşür.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə  QMİ Mətbuat Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimlərə Patriarx Kiril həzrətlərinin şəxsi dəvəti əsasında baş tutur.

Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin Patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək təntənəli tədbirlərdə görüşləri nəzərdə tutulub.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9231.html