|
|
Əbu Əli ibn Sinaya həsr edilmiş əsərin surəti Azərbaycana gətirilibƏbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surəti əldə edilərək Azərbaycana gətirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun məlumatında bildirilir. M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi tabxanasından (İmam Razanın(ə) müqəddəs hərəmi kitabxanası.red) Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surətini əldə edib. Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib. 99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2019 12:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |