
Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surəti əldə edilərək Azərbaycana gətirilib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə bu barədə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun məlumatında bildirilir.
M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi tabxanasından (İmam Razanın(ə) müqəddəs hərəmi kitabxanası.red) Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Əbu Əli Sina” adlı əsərin surətini əldə edib.
Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib.
99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış əsərdə İbn Sina barədə tarixi faktlarla yanaşı, rəvayətlər də yer alıb.