|
Yəmənin strateji əl-Hudeyda şəhərində atəşkəs başlayıbYəmənin şimal-qərbində yerləşən ölkəyə gedən ərzaq və yardımların əsas koridoru hesab edilən əl-Hudeyda sahil şəhərində atəşkəs ötən gecədən bərpa edilməyə başlayıb. Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə BMT mənbələri məlumat veriblər. Ötən həftə İsveçdə Yəmən münaqişəsi ilə bağlı keçirilən danışıqların əsas nəticələrdən biri əl-Hudeyda şəhərində atəşkəsin bərpası idi. Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası son 4-5 ayda nə qədər irimiqyaslı hücumlar həyata keçirsə də bu şəhəri nəzarətə götürə bilməmişdi. İsveçdəki anlaşmaya görə heç bir tərəf şəhərə hərbi qüvvə göndərməyəcək. Bundan əlavə şəhərdəki hərbi qüvvələr onun ətrafına çəkiləcək və hər tərəfi təmsil edən nümayəndələrdən təşkil edilən koordinasiya komitəsi və BMT-in nəzarəti ilə şəhər idarə ediləcək. Həmçinin şəhərə və şəhərdən bütün yardım, ərzaq və nəqliyyat dəhlizləri də açılacaq. Husilər bu anlaşmanı müsbət hesab ediblər. Bildirək ki, şəhərin strateji əhəmiyyətli olması sahildə yerləşməsi ilə, şəhərdə və onu yaxınlığında 3 beynəlxalq dəniz limanının olması ilə əlaqədardır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2018 11:48 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |