18 Dekabr, 2018
Yəmənin strateji əl-Hudeyda şəhərində atəşkəs başlayıb

Yəmənin şimal-qərbində yerləşən ölkəyə gedən ərzaq və yardımların əsas koridoru hesab edilən əl-Hudeyda sahil şəhərində atəşkəs ötən gecədən bərpa edilməyə başlayıb.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə BMT mənbələri məlumat veriblər.

Ötən həftə İsveçdə Yəmən münaqişəsi ilə bağlı keçirilən danışıqların əsas nəticələrdən biri əl-Hudeyda şəhərində atəşkəsin bərpası idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası son 4-5 ayda nə qədər irimiqyaslı hücumlar həyata keçirsə də bu şəhəri nəzarətə götürə bilməmişdi. İsveçdəki anlaşmaya görə heç bir tərəf şəhərə hərbi qüvvə göndərməyəcək. Bundan əlavə şəhərdəki hərbi qüvvələr onun ətrafına çəkiləcək və hər tərəfi təmsil edən nümayəndələrdən təşkil edilən koordinasiya komitəsi və BMT-in nəzarəti ilə şəhər idarə ediləcək. Həmçinin şəhərə və şəhərdən bütün yardım, ərzaq və nəqliyyat dəhlizləri də açılacaq.

Husilər bu anlaşmanı müsbət hesab ediblər.

Bildirək ki, şəhərin strateji əhəmiyyətli olması sahildə yerləşməsi ilə, şəhərdə və onu yaxınlığında 3 beynəlxalq dəniz limanının olması ilə əlaqədardır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9092.html