|
|
Kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fondda on mindən çox sənəd saxlanılırAzərbaycanda kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond olan İxtisas fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yerləşir. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, MEK-dən AZƏRTAC-a bildirilib ki, bu fondda 14183 nüsxə sənəd saxlanılır. Fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim, MEK-in sabiq direktoru, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Kazımovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Fondda R.Kazımovun şəxsi kitab kolleksiyası (282 nüsxə), kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq ixtisasına dair kitablar (3589 nüsxə) və jurnallar (728 nüsxə), biblioqrafik mənbələr (9584 nüsxə) mühafizə olunur. Sənədlərdən 10316 nüsxə MEK-in müəllifi olduğu elektron kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilib. Qeyd edək ki,Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 3 milyon nüsxəyədək ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Noyabr, 2018 11:38 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |