29 Noyabr, 2018
Kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fondda on mindən çox sənəd saxlanılır

Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond olan İxtisas fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yerləşir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, MEK-dən AZƏRTAC-a bildirilib ki, bu fondda 14183 nüsxə sənəd saxlanılır. Fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim, MEK-in sabiq direktoru, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Kazımovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.

Fondda R.Kazımovun şəxsi kitab kolleksiyası (282 nüsxə), kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq ixtisasına dair kitablar (3589 nüsxə) və jurnallar (728 nüsxə), biblioqrafik mənbələr (9584 nüsxə) mühafizə olunur. Sənədlərdən 10316 nüsxə MEK-in müəllifi olduğu elektron kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilib.

Qeyd edək ki,Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 3 milyon nüsxəyədək ədəbiyyat saxlayan zəngin, universal kitab fonduna malikdir

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9053.html