|
|
Yəməndə 18 milyon insan təhlükədə - BMT-dən təcili çağırışBMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits Yəməndəki vəziyyətin dünyadakı ən böyük humanitar böhran olduğunu bildirib. Ahlibeyt.az-ın məlumatına görə, “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Yəməndə müharibə tərəflərinin nümayəndələrini yaxın günlərdə İsveçdə görüşdürməyə çalışdıqlarını söyləyib: “Tərəflər arasında əsirlərin dəyişdirilməsi üzrə razılaşma imzalanması planlaşdırılır. Bu, müharibə gedişində ilk razılıq ola bilər”. BMT-nin Humantiar Məsələlər üzrə baş katibinin köməkçisi Deyvid Bisli isə 18 milyon insanın aclıqla üz-üzə olduğunu deyib və təcili olaraq atəşkəs imzalanması üçün çağırış edib. O qeyd edib ki, xəstəxanalarda da vəziyyət yaxşı deyil və hər gün onlarla uşaq ölümlə tərk edilir.
Qeyd edək ki, 28 milyon nəfər əhalisi olan Yəmən 3 ildən çoxdur Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalır. Döyüşlər zamanı 10 minlərlə insan ölüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2018 11:08 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |